İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian oktyabrın 20-də rəsmi səfərlə Ermənistana gələcək.
Qaynarinfo xəbər verir ki, bu barədə "NEWS.am” saytına Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Oktyabrın 20-də Ermənistan və İran xarici işlər nazirləri - Ararat Mirzoyan və Hüseyn Əmir Abdullahian Ermənistan XİN-də görüşəcəklər.
Səfər çərçivəsində iranlı nazir Ermənistanın baş naziri Nikol Paşinyan və parlamentinin sədri Alen Simonyanla da görüşəcək.
Ararat Mirzoyan və Hüseyn Əmir Abdullahian oktyabrın 21-də İranın Qafandakı Baş Konsulluğunun açılış mərasimində iştirak edəcəklər.
Nizami Bağırov
Şərhlər