KXDR-in peyk daşıyıcı raketinin buraxılışı uğursuzluqla başa çatıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Şimali Koreyanın KCNA xəbər agentliyi KXDR-in milli kosmik inkişaf agentliyinin bəyanatına istinadən məlumat yayıb. Deyilir ki, problemlərin səbəbi "yeni mühərrik sisteminin və yanacaq xüsusiyyətlərinin etibarsızlığı və qeyri-sabitliyi" olub.
Məlumata görə, "Mannigen-1” kəşfiyyat peykinin "Çollima-1” daşıyıcı raketindən istifadə etməklə orbitə çıxarılması planlaşdırılırdı. Buraxılış zamanı problemlər yaranıb, nəticədə raket dağılıb və Sarı dənizə düşüb.
Bundan əvvəl Cənubi Koreyanın "Yanhop” agentliyi Sarı dəniz üzərində raketin radardan itməsi barədə məlumat vermişdi. Cənubi Koreya ordusu Şimali Koreyaya məxsus raketin Cənubi Koreyanın Oçeon-do adasından təxminən 200 kilometr qərbdə "anormal" uçuş nəticəsində dənizə düşdüyünü təsdiqləyib.
Alpər
Şərhlər