Xəbər lenti

Şimali Koreya idmançılarına
Dünya 18:47 08.08.2024

Şimali Koreya idmançılarına "Samsung" smartfonlarını Parisdən vətənlərinə aparmaq qadağan oluna bilər

Cənubi Koreya 2024-cü il Yay Olimpiya Oyunlarının Şimali Koreyadan olan iştirakçılarının "Samsung" şirkətinin smartfonlarını özləri ilə vətənlərinə aparmasının qarşısını almaq üçün diplomatik səylər göstərir. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Yonhap” agentliyi mənbələrə istinadən yazıb.

"Samsung" şirkəti Paris-2024-ün iştirakçıları üçün öz smartfonlarının "Olimpiya versiyasını” təqdim edib. Mətbuat telefonları Şimali Koreyadan gələn nümayəndə heyətinin aldığını bildirib. Eyni zamanda, Cənubi Koreya hakimiyyəti etiraf edir ki, mövcud vəziyyət BMT Təhlükəsizlik Şurasının Pxenyana qarşı sanksiyalarını poza bilər.

Agentlik Koreya Respublikasının Xarici İşlər Nazirliyinin nümayəndəsi Lim Soo Seokun bəyanatına istinadən yazır ki, hökumət Şimali Koreya idmançılarının qarşısını almaq üçün Beynəlxalq Olimpiya Komitəsi və Olimpiadaya ev sahibliyi edən ölkə ilə danışıqlar aparır

Oxşar vəziyyət 2018-ci ildə Pxençxanda keçirilən Olimpiadada da yaşanıb. Lakin o zaman Şimali Koreya idmançıları vətənə qayıtmazdan əvvəl telefonları qaytarmalı olduqları şərti irəli sürüldükdən sonra sadəcə olaraq smartfonları qəbul etməkdən imtina ediblər.

İyulun 31-də 2024-cü ildə Parisdə keçirilən Olimpiya Oyunlarının Şimali Koreya, Cənubi Koreya və Çindən olan stolüstü tennis medalçıları medal qazandıqdan sonra birgə foto çəkdiriblər. Kadrlarda idmançıların tennisçilərdən birinin telefon kamerasına baxaraq gülümsədikləri görünür.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->