Xəbər lenti

İlin ilk Ay tutulması başa çatdı (YENİLƏNİB)
Ölkə 14:58 25.03.2024

İlin ilk Ay tutulması başa çatdı (YENİLƏNİB)

İlin ilk Ay tutulması başa çatıb.

Şamaxı Astrofizika Rəsədxanasından Qaynarinfo-ya verilən xəbərə görə, bu tutulma yarımkölgəli Ay tutulmasıdır. Bu tutulma zamanı Ay tam kölgəyə keçmədiyinə görə tutulma o qədər də hiss olunmur. 

Yarımkölgəli Ay Tutulması Avstraliyanın şərq hissəsi, Cənubi və Şimalı Amerikada, Sakit Okean, Atlantik Okean, Arktika və Antarktida da, Avropanın qərb hissəsində müşahidə olunur. 

Ay tutulması Bakı vaxtı ilə saat 08:53-də başlayıb və saat 13:32-də bitib, tutulmanın maksimumumu saat 11:12-də olub. Tutulma zamanı Ay üfüqdən aşağıda yerləşdiyinə görə tutulma Azərbaycandan müşahidə olunmayıb.

08.59
 
Bu ilin ilk Ay tutulması başlayıb. Bu hadisə yarımkölgəli Ay tutulmasıdır.

Bakı Dövlət Universitetinin Astrofizika kafedrasından Qaynarinfo-ya verilən məlumata görə, Bakı vaxtı ilə saat 08:53-də başlayan tutulma hadisəsi saat 13:32-də sona çatacaq.

Tutulmanın maksimumu saat 11:13-də olacaq. Tutulma Amerika, Antarktida, Alyaska və Rusiyanın şimal-şərqi daxil olmaqla, Ayın üfüqün üstündə olduğu istənilən yerdə görünür. Tutulma Azərbaycandan müşahidə olunmur, çünki Ay həmin vaxt üfüqün altında olur. Yarımkölgəli Ay tutulmasını adi gözlə görmək çətin olur. Belə ki kölgəli hissə Ayın qalan hissəsindən azacıq zəifdir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->