Xəbər lenti

İki prokuror vəzifədən azad edildi
Ölkə 17:41 29.05.2024

İki prokuror vəzifədən azad edildi

Qulluqda olmanın son yaş həddinə çatmış iki prokurorun işinə xitam verilib.

Qaynarinfo xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, baş prokuror Kamran Əliyev rəhbər işçilərin iştirakı ilə qulluqda olmanın yaş həddinə çatmış Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin böyük prokuroru Fikrət Mahmudov və Baş Prokurorluğunun Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Sumqayıt Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Kamran Əhmədovu qulluq keçmələrinə xitam verilməsi ilə əlaqədar qəbul edib.

Görüşdə Baş prokuror tərəfindən prokurorluqda uzunmüddətli qüsursuz və səmərəli fəaliyyətlərinə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində səmərəli fəaliyyətlərinə görə onlara "Prokurorluğun fəxri işçisi” döş nişanı və fərman təqdim edilib.
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->