Rusiyada yaşayan azərbaycanlı bloqqer Hüseyn Həsənov Federal Vergi Xidmətinə 9 milyon rubl (təxminən 176 min 400 manat) ödəyib.
Qaynarinfo lent.az-a istinadən xəbər verir ki, hazırda onun vergi orqanlarına borcunun ümumi məbləği 111 milyon 550 min rubl (təxminən 2 milyon 185 min 400 manat) təşkil edir.
İyulun 15-də məlum olub ki, Hüseyn Həsənov vergilərlə bağlı proseslərə cəlb oluna bilər. Moskva Vergi Müfəttişliyi ona qarşı müvafiq iddia qaldırıb. İddiada qeyd olunub ki, Həsənovun Federal Vergi Xidmətinə 144 milyon rubl məbləğində borcu yığılıb. Məlumata görə, bloqqer həmin vaxt başqa dövlətin ərazisində olub.
Şərhlər