Xəbər lenti

Hüseyn Həsənov 145 milyon ödədi, evini və lüks avtomobillərini xilas etdi
Maqazin 16:16 05.09.2024

Hüseyn Həsənov 145 milyon ödədi, evini və lüks avtomobillərini xilas etdi

Moskva Arbitraj Məhkəməsi Federal Vergi Xidmətinin (FTS) bloger Hüseyn Həsənova qarşı iddiası üzrə icraata xitam verib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Life SHOT" məlumat yayıb.

Avqustun 16-da azərbaycanlı bloger Federal Vergi Xidmətinə demək olar ki, 145 milyon rubl (təxminən 2 milyon 813 manat) məbləğində bütün borclarını ödəyib. Bundan əvvəl vergi orqanları blogerin dörd bankdakı hesablarını bloklayıb, həmçinin məhkəmə yolu ilə Moskva şəhərinin hündürmərtəbəli binalarından birində, dəyəri 150 milyon rubl olan Neva Towersdəki mənzillərini əlindən almağa çalışıb. 

Federal Vergi Xidməti həmçinin Həsənovdan iki avtomobili - 2020-ci il istehsalı olan "Rolls-Royce Cullinan" və 2022-ci il istehsalı olan "Chevrolet Tahoe" avtomobillərini müsadirə etmək niyyətində idi.

"Telegram" kanalı vurğulayır ki, bütün borclarını ödəyən Həsənov evini və lüks avtomobillərini xilas edə bilib. Borc ödənilən gün onun bank hesabları blokdan çıxarılıb.

Hazırda Hüseynin xaricdə olduğu deyilir. Onun vəkili kanala bildirib ki, Həsənov xarici agentləri qarşısında bütün öhdəliklərini yerinə yetirən kimi Moskvaya qayıdacaq.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->