Dağıstanlı qarışıq döyüş sənəti (MMA) döyüşçüsü Həbib Nurməhəmmədovun Rusiya Federal Vergi Xidmətinə 306 milyon rubl (5 milyon 661 min manat) borcu var.
Qaynarinfo xəbər verir ki, bu barədə "Mash" "Telegram" kanalı məlumat yayıb.
Vergi Xidməti "Eagle FC"nin və onunla əlaqəli bir xeyriyyə fondunun hesablarını bloklayıb.
Karyerasını bitirdikdən sonra Həbib idman qidası satmaqla məşğul olub və "Eagle FC" promosyonuna sponsorluq edib. Döyüşçü "First Mobile" və "Sildi" şirkətlərinin təsisçilərini, həmçinin "İdman Təşəbbüslərinin İnkişafı Fondu"nu tərk edib. Onları dostları və qohumlarının adına keçirib.
Federal Vergi Xidməti şirkətdə yoxlamaya başlayıb, bundan sonra Həbibin bir neçə şirkəti bağlanıb.
Nurməhəmmədov MMA-da 29 döyüş keçirib və onların hər birində qalib gəlib. 2021-ci ildə İctimai Rəy Fondunun sorğusu nəticəsində idman sahəsində "İlin adamı" seçilib. O, 2022-ci ilin martında UFC Şöhrət Zalına daxil edilib.
Qeyd edək ki, Həbib Rusiyanın ən zəngin idmançısı hesab edilir.
Aydın
Şərhlər