10 il 6 ay azadlıqdan məhrum edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (ləğv edilib-red) generalı Elçin Quliyevin məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülməsi mümkün deyil.
"Qafqazinfo”nun məlumatına görə, Bakı Apellyasiya Məhkəməsi generalın şikayəti ilə bağlı qərarında belə yazır.
Məhkəmə hesab edir ki, məhkum Quliyev cəzasının 2/3 hissəsini çəksə belə, ciddi rejimli cəzaçəkmə müəssisəsində saxlanıldığı üçün yeri dəyişdirilə bilməz. Qanuna görə, yalnız ümumi rejimli cəzaçəkmə müəssəsində saxlanılan şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülə bilər.
Bundan əvvəl Xəzər Rayon Məhkməsi də eyni səbəbdən müraciəti geri qaytarmışdı.
Yuxarı instansiya məhkəməsi də şikayəti əsassız olduğundan rədd edib.
Məlumat üçün deyək ki, məntəqə tipli cəzaçəmə müəssisəsində saxlanılan şəxs müəyyən vaxtlarını azadlıqda keçirə bilir.
Qeyd edək ki, MTN-in Antiterror Mərkəzinin rəisi işləmiş E.Quliyev 2015-ci ildə həbs edilib. O, külli miqdarda rüşvət alma, hədə-qorxu ilə tələb etmə, quldurluq, qanunsuz azadlıqdan məhrum etmə və digər ağır cinayətlərdə təqsirli bilinib.
Şərhlər