Xəbər lenti

Futbolçunun dörd yaşlı oğlu dünyasını dəyişdi
İdman 16:04 16.10.2023

Futbolçunun dörd yaşlı oğlu dünyasını dəyişdi

"Antalyaspor" ötən ay qəza keçirən Naldo Pereyranın oğlu Davinin dünyasını dəyişdiyini açıqlayıb.

Qaynarinfo-nun məlumatına görə, braziliyalı futbolçunun dörd yaşlı oğlu Davi həyat uğrunda mübarizədə məğlub olub. 40 gün reanimasiyada müalicə alan Davi dünyasını dəyişib. 
 
Antalyada 2 avtomobil və bir motosikletin iştirakı ilə baş verən qəzadan sonra Naldo ağır yaralanıb, Davi isə reanimasiyaya yerləşdirilib. Toqquşma hadisəsi sentyabrın yeddisində baş verib. Digər avtomobil "Antalyaspor”un braziliyalı futbolçusu Naldonun qayınatası italiyalı Valter Tilattinin idarə etdiyi nəqliyyat vasitəsinə çırpılıb. Tilattinin idarə etdiyi avtomobil də sürüşərək eyni istiqamətdə hərəkətdə olan motosikletə dəymişdi. 
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->