Xəbər lenti

Folklend sakinləri Britaniyanın tərkibində qalmaq istəyir
Dünya 19:22 23.11.2023

Folklend sakinləri Britaniyanın tərkibində qalmaq istəyir

Folklend adalarının sakinləri Argentinanın yeni seçilmiş prezidenti Xavyer Mileyin adaları Argentinaya qaytarmaq vədindən sonra Böyük Britaniyanın tərkibində qalmaq istədiklərini bildiriblər. 

Qaynarinfo xəbər verir ki, bu barədə Böyük Britaniyanın "Daily Mail" qəzeti məlumat yayıb.

KİV-in məlumatına görə, sakinlər azad və öz seçdikləri hökumətlə yaşamaq istəyirlər. Adaların qanunvericilik assambleyasının sədri Mark Pollardın sözlərinə görə, ərazilər Böyük Britaniyaya məxsusdur və onun suverenliyi müzakirə olunmayacaq.

"Folklend adalarının sakinləri bu gün Böyük Britaniya ailəsinin bir hissəsi olaraq qalacaqlarını təkid edirlər", deyə sədr bildirib.

Bildirilib ki, Böyük Britaniya Argentinanın yeni seçilmiş prezidenti Xavyer Meleyin arxipelaqı qaytarmaq planları ilə bağlı bəyanatlarına baxmayaraq, Folklend adalarının statusunu nəzərdən keçirmək niyyətində deyil.

Böyük Britaniya və Argentina hakimiyyəti arasında Folklend adalarına sahiblik hüququ ilə bağlı uzun müddətdir davam edən mübahisə var. 1982-ci ildə ölkələr arasında bir neçə həftə davam edən və Argentinanın məğlubiyyəti ilə başa çatan hərbi münaqişə baş verib. 

Aydın



Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->