Xəbər lenti

Əvəz Temirxan: ”Bizim təkliflər qəbul edildi, amma...”
Siyasət 17:40 21.11.2022

Əvəz Temirxan: ”Bizim təkliflər qəbul edildi, amma...”

"Bu müddəalar qanunda öz həllini tapacaqsa, irəli doğru daha bir addım olacaq”.

Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Liberal Partiyasının sədri Əvəz Teymurxan "Siyasi partiyalar haqqında” qanun layihəsində 3 faiz səs şərtinin ləğv olunması və seçkilərdə parlamentdə yer qazanmayan partiyalara da maliyyə yardımı ayrılacağından danışarkən deyib. Onun sözlərinə görə, bu təklif həm də Liberal Partiyası tərəfindən irəli sürülüb:

"Partiyaların irəli sürdüyü təkliflərin arasında bütün partiyalara maliyyə yardımı ayrılması təklifi də var idi. Əgər, partiyalar qeydiyyatndan sonra dərhal maliyyələşərlərsə, bu yalnız müsbət dəyərləndirilə bilər. İndi qanunda belə dəyişikliklərin olmasını nəzərdə tuturlarsa, deməli bizim təkliflərimiz qəbul olunur. Demokratiya ilk növbədə seçicinin, vergi ödəyicisinin hakimiyyəti deməkdir. Biz 13 təklif verdik, onun 2-si keçib. Yerli təşkilatların, yerli dövlət orqanlarının, bələdiyyə orqanlarının, o cümlədən vəzifəli şəxslərin partiyaların işinə mane olmamaları haqqında təklif verdik. Bu təklifimiz keçdi, ikincisi isə partiyaların maliyyələşməsidir, bu təklif də qəbul edildi”.

Qeyd edək ki, "Siyasi partiyalar haqqında” qanun layihəsində partiyalara dövlət maliyyə yardımının ayrılması qaydası dəyişir. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->