Xəbər lenti

Erməni general “Bayrakdar”ın darmadağınından necə sağ çıxdı? (VİDEO)
Ölkə 10:45 10.06.2022

Erməni general “Bayrakdar”ın darmadağınından necə sağ çıxdı? (VİDEO)

44 günlük müharibə zamanı Azərbaycan Ordusu tərəfindən Qarabağdakı qondarma rejimin "müdafiə naziri" Cəlal Arutyunyanın olduğu kortej "Bayrakdar"la vurulmuşdu. Nəticədə kortej darmadağın olmuş, Cəlal Arutyunyan ağır yaralanmış və uzun müddət komada qalmışdı. 

Qaynarinfo xəbər verir ki, erməni general bu günlərdə həmin hadisə ilə bağlı danışıb. Cəlal Arutyunyan olduğu kortejin vurulmasında "xəyanət" izinin olmadığını bildirib:

"Düşünmürəm ki, kimsə mənim yerimi Azərbaycana desin. Yəni mənim vurulmağımda xəyanət faktorunu istisna edirəm. Azərbaycan daha əvvəl də bizim nəqliyyat vasitələrini vururdu. Sığınacaqlarda oturmaq işə yaramırdı. Sığınacaqdan çıxmazdan əvvəl lazımi tədbirləri gördüm, başqa bir maşına mindim. Lakin görünür, hansısa detalı nəzərə almamışıq. Nəticədə Azərbaycan Ordusu mənim yerimi müəyyən edə bilib".

Qeyd edək ki, Cəlal Arutyunyanın olduğu kortej 2020-ci ilin oktyabrın 27-də "Bayrakdar" PUA-sı tərəfindən vurulub. Həmin görüntüləri təqdim edirik:

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->