Bu gün səhər saatlarında Azərbaycan Milli Dövlətçilik partiyasının sədri Nemət Pənahlını DYP əməkdaşları saxlayıb.
Qaynarinfo sitat.info-ya istinadən xəbər verir ki, DYP əməkdaşı 90-KM-590 dövlət nömrə nişanlı avtomobili idarə edən Nemət Pənahlıya Tbilisi prospekti, "Avropa” otelinin yaxınlığında "saxla” əmri verib.
Partiya sədri baş verənlərlə bağlı bildirib ki, onun avtomobilinə DYP tərəfindən həbs qoyulub:
"Bəli, bu gün səhər DYP əməkdaşı tərəfindən saxlanıldım. Avtomobilimin cərimə borcu 4700 manatdır. Bu səbəbdən maşını cərimə meydançasına aparıldı”.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər