Azərbaycanda keçirilən şahmat üzrə dünya kubokunda iştirakçılar təşkilati problemlə üzləşib.
Qaynarinfo-nun məlumatına görə, şahmatçılar su problemi ilə qarşı-qarşıya qalıb. Bu çatışmazlığı da dünyaca tanınmış yapon əsilli ABŞ-li şahmatçı Hikaru Nakamura işıqlandırıb. O, Tvitter səhifəsində dünya kuboku üçün Bakıya gəldiyini amma burada duş almaq üçün su tapmadığını yazıb.
O, açıqlamasında, "Nəhayət, Dünya Kuboku üçün Bakıya gəldim. Amma burada duş almaq üçün su yoxdur. Əla başlanğıc" - ifadələrinə yer verib.
Səbuhi Həsənov
Şərhlər