Kriştiano Ronaldonun transferi ilə bütün dünyada çoxlu azarkeş qazanan Səudiyyə Ərəbistanı komandası "Al-Nassr" bu dəfə idarə heyətinə dünyaca məşhur futbolçu qatır.
Qaynarinfo-nun məlumatına görə, "Al-Nassr"ın yeni idman direktorunun "Yuventus"un və İtaliya futbolunun əfsanəvi hücumçularından olan Alessandro Del Pyero olacağı iddia edilib. "Calciomercato"da yer alan xəbərdə 2015-ci ildə karyerasını bitirdikdən sonra zaman-zaman şərhçi kimi fəaliyyət göstərən Del Pyeronun "Al-Nassr"a gedəcəyi bildirilib.
Son vaxtlar Aleks Telles, Marselo Brozoviç, Seko Fofana və Sadio Mane kimi mühüm futbolçuları transfer edən klub rəhbərliyinin Del Pyero, eləcə də 5 dəfə "Qızıl top”u qazanan Ronaldo ilə görüşünün nəticəsi, səbirsizliklə gözlənilir.
Digər tərəfdən UEFA Pro Lisenziyası almaq üçün təhsilini davam etdirən keçmiş futbolçunun qarşıdakı dönəmlərdə məşqçiliyə keçə biləcəyi bildirilir.
Del Pyeronun klub rəhbərliyi ilə görüş üçün Ər-Riyada uçduğu və daha sonra "Al-Nassr”in yeni idman direktoru kimi rəsmən elan ediləcəyi gözlənilir. Karyerasının sonlarında Avstraliya və Hindistanda da çıxış edən Del Pyero İtaliya millisində 27, "Yuventus"da isə 208 qola imza atıb.
Səbuhi Həsənov
Şərhlər