Xəbər lenti

Daha bir partiya fəaliyyətini dayandırdı
Siyasət 10:46 05.04.2023

Daha bir partiya fəaliyyətini dayandırdı

Azərbaycan Sosial Demokrat Partiyası fəaliyyətini dayandırıb.

Bu barədə Qaynarinfo-ya partiya üzvləri məlumat verib.

Qeyd edək ki, Azərbaycan Sosial Demokrat Partiyasınən sədri Araz Əlizadə idi. O, 2022-ci ildə dünyasını dəyişib. Sədrin vəfatından sonra partiya fəaliyyətsiz qalmışdı.

Onu da qeyd edək ki, mart ayı ərzində Azərbaycanda qeydiyyatda olan 6 siyasi partiya öz fəaliyyətinə xitam verib: Azərbaycan Naminə Alyans Partiyası (ANAP), Azərbaycan Təkamül Partiyası (ATP), Birlik Partiyası (BP), Milli Vəhdət Partiyası (MVP), Azərbaycan Azad Respublikaçılar Partiyası (AARP), Azərbaycan Sosial Rifah Partiyası (ASRP).

Bahar Rüstəmli



Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->