Şahmat üzrə daha bir hakimimiz "A” kateqoriyalı hakim statusu alıb.
Qaynarinfo-nun məlumatına görə, Beynəlxalq Şahmat Federasiyasında mövcud normativlərə cavab verən İlahə Qədimova "A” kateqoriyalı hakimlik lisenziyasını əldə edib.
Bununla ölkəmizdə "A” kateqoriyalı hakimlərin sayı ikiyə çatıb. Uzun illər Azərbaycan Şahmat Federasiyasının birinci vitse-prezidenti Faiq Həsənov "A” kateqoriyasına layiq görülən yeganə hakimimiz olub.
Səbuhi Həsənov
Şərhlər