Mahaçqala hava limanında baş verən iğtişaşlardan sonra 201 nəfər saxlanılıb.
Qaynarinfo
xəbər verir ki, bu barədə Şimali Qafqaz Federal Dairəsi üzrə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, saxlanılanlardan 155-i barəsində inzibati protokollar tərtib edilib.
Daxili İşlər Nazirliyinin regional idarəsi də hava limanında baş vermiş iğtişaşların bütün iştirakçılarının şəxsiyyətini müəyyənləşdirəcəyini vəd edib.
Xatırladaq ki, oktyabrın 29-da Yaxın Şərqdə vəziyyətin pisləşməsi fonunda İsraildən təyyarə gələndən sonra aqressiv izdiham Mahaçqala hava limanına daxil olub və yəhudi "ovuna” cəhd edib. Hava limanının fəaliyyəti oktyabrın 30-u günorta saatlarına qədər dayandırılıb.
Alpər
Şərhlər