Dağıdılan məzar millət vəkilinin atasının imiş (VİDEO)
Ermənistana səfər edən fars mənşəli İngiltərə vətəndaşı olan blogerin dünən "Twitter"də Zəngəzur bölgəsində yerləşən Urud kəndindən paylaşdığı fotolar müzakirələrə səbəb olub. Kəndin dağıdılmış qəbiristanından görüntülərin əks olunduğu fotolarda üzərinə "Oğlu Musadan xatirə" yazılmış məzar daşı xüsusilə diqqət çəkib.
Həmin dağıdılmış qəbirin Milli Məclisinin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevin atasına məxsus olduğu məlum olub. Millət vəkili deyir ki, 16 il əvvəl kəndlərinə gedərkən qəbiristanın ermənilər tərəfindən tamamilə dağıdıldığını görüb, lakin onu qəbiristanlıq ərazisinə buraxmayıblar.
Millət vəkili deyir ki, 1988-ci ildə indiki Ermənistan deyilən qədim Azərbaycan torpaqlarından bütün Azərbaycan türkləri deportasiya edilib. Bundan sonra Azərbaycanın 261 kəndi ilə yanaşı, müqəddəs yerlər də dağıntılara məruz qalıb. Ermənilər bu əməlləri ilə azərbaycanlılara məxsus izləri silməyə çalışıblar. Musa Quliyevin sözlərinə görə, Urud qəbiristanı ən qədim məzarlıqlardan biri olub.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər