Bakıda 17 yaşlı qız dayısı oğluna nişanlanıbmış.
Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə deyib. Sədr qızın hazırda sığınacaqda olduğunu bildirib:
"Qızın anasının dediyinə görə, 3 il bundan əvvəl aralarında söz kəsiblər. Anası deyir ki, guya qız özü istəyib. Qız 11-ci sinifdə oxuyur, təhsilini davam etdirməyi arzulayır. Hazırda Elm və Təhsil Nazirliyi ilə danışıqlar gedir. Çalışırıq ki, onu sığınacağa yaxın məktəblərin birinə köçürək. Təhqiqat gedir, əgər həyatı təhlükə olmasa, qız evinə dönəcək və təhlisini davam etdirəcək”.
Qeyd edək ki, Bakıda 17 yaşlı qızın zorla ərə verilməsi ilə bağlı sosial şəbəkələrdə məlumat yayılmışdı. Daxili İşlər Nazirliyinin araşdırmasına əsasən yayılan iddialar təsdiqini tapıb. Nazirliyin məlumatına görə, məcburi olaraq öz qohumu ilə ailə qurmağa vadar edilən A.A. polis əməkdaşları tərəfindən müvafiq sığınacağa yerləşdirilib.
Bahar Rüstəmli
Şərhlər