Xəbər lenti

Bakıda xidməti vəzifələrini yerinə yetirərkən həlak olan üç polislə vida mərasimi keçirildi (VİDEO/YENİLƏNİB)
Ölkə 13:20 24.06.2024

Bakıda xidməti vəzifələrini yerinə yetirərkən həlak olan üç polislə vida mərasimi keçirildi (VİDEO/YENİLƏNİB)

Paytaxtın Xəzər rayonunun Şüvəlan qəsəbəsində axtarışda olan şəxsin saxlanılması məqsədilə keçirilən əməliyyat zamanı həlak olan polislərlə vida mərasimi keçirilib.

Qaynarinfo AZƏRTAC-a istinadən xəbər verir ki, vida mərasimində Daxili İşlər Nazirliyinin rəhbərliyi və şəxsi heyəti iştirak edib.

Həlak olan polis əməkdaşları - polis kapitanı Eldəniz Məmmədov, polis serjantı Mahir Ağayev və polis serjantı Mirəli Heydərov bu gün torpağa tapşırılacaq.

Xatırladaq ki, iyunun 24-də paytaxtın Xəzər rayonunun Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş, axtarışda olan 1986-cı təvəllüdlü Allahverdiyev Rövşən Oqtay oğlu polis əməkdaşları tərəfindən saxlanılarkən silahlı müqavimət göstərib.

O, polis əməkdaşlarına mane olmaq məqsədilə ailə üzvlərini önə verərək yayınmağa və cavab tədbirlərinin qarşısını almağa cəhd edib, yaranmış vəziyyətdən istifadə edərək "Lancaster” markalı ov silahından atəş açaraq 3 polis əməkdaşını və 1 mülki vətəndaşı qətlə yetirib.

Davam etdirilən tədbirlərlə R.Allahverdiyev polis əməkdaşları tərəfindən zərərsizləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.
 
 12:27

İyunun 24-də paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində silahlı incidentdə həlak olan polis əməkdaşları - polis kapitanı Eldəniz Məmmədov, polis serjantı Mahir Ağayev və polis serjantı Mirəli Heydərovla vida mərasimi keçirilir. //Oxu.az

Qeyd edək ki, davam etdirilən tədbirlərlə R.Allahverdiyev polis əməkdaşları tərəfindən zərərsizləşdirilmişdir.

Xəbər verdiyimiz kimi, əvvəllər dəfələrlə məhkum olunmuş 1986-cı təvəllüdlü Rövşən Oqtay oğlu Allahverdiyev iyunun 24-də paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində 3 polisi, bir mülki vətəndaşı öldürüb.

Qaynarinfo Baku TV-yə istinadən, hadisənin baş verdiyi Şüvəlan qəsəbəsindəki ərazidən görüntüləri təqdim edir:

Faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->