Bakıda təhlükəli yol: Hamı birtərəfli gedir (VİDEO)
Bakının Yasamal rayonu, Alatava 2 qəsəbəsinin sakinləri hər gün Məhəmməd Xiyabani küçəsində dairəvi köməkçi yolda təhlükə ilə üzləşirlər.
Onlar bildiriblər ki, ikitərəfli yolda ayırıcı xətlərin olmaması qəza təhlükəsi yaradır.
Həmçinin yol çox ensiz olduğundan hamı birtərəfli hərəkət edir.
Bununla yanaşı, ərazidə quraşdırılan 60 sürət həddini göstərən lövhəyə də məhəl qoyan yoxdur. Burada sürücülər tez-tez sürət həddini keçirlər.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirib ki, yol-nişanlanma xətlərinin, boyalarının silinməsi və rənglərinin solması yoldakı hərəkət intensivliyi ilə əlaqədardır. Nişanlanma xətlərinin yenilənməsi isə plan üzrə, mərhələli şəkild əhəyata keçirilir, müvafiq işlər sözügedən küçədə də aparılacaq.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər