Bakıda küçədə evinə gedən qadın soyğunçun hücumuna məruz qalıb.
Qaynarinfo-nun məlumatına görə, hadisə Xəzər rayonu, Buzovna qəsəbəsindən Maştağa qəsəbəsi istiqamətində Bakı Olimpiya Stadionuna gedən ötürücü körpünün alt hissəsində baş verib.
Samirə Sultanova (ad-soyad şərti) səhər saat 10:30 radələrində Koroğlu metrostansiyası tərəfdən üzü Bakı Olimpiya Stadionuna gedən ötürücü körpünün alt hissəsi ilə piyada hərəkət edən zaman hücuma məruz qalıb. O, yolun həmin hissəsində hərəkətdə olan zaman bir nəfər arxadan gələrək onun ağızını tutub, yerə yıxaraq zor tətbiq edib və çiynindəki içərisində 1.000 manat dəyərində bir ədəd "İphone 12 Pro" markalı mobil telefon, 200 manat dəyərində həmin mobil telefona aid bir cüt qulaqcıq və 20 manat nağd pul olan 50 manat dəyərində qadın əl çantasını dartıb, nətəcədə 1.270 manat dəyərində əmlakını ələ keçirmək istəyib.
Bu zaman Samirə tanışlarından kiminsə onunla zarafat etdiyini zənn edib və irəli addımlamaq istəyib. Lakin həmin şəxs əli ilə ağzından tutub və badalaq vuraraq onu yerə yıxıb. O, yerə yıxılan zaman soyğunçunun gənc oğlan olduğunu görüb. Sonra həmin şəxs onun çiynində olan əl çantasını almaq üçün əli ilə möhkəm dartmağa başlayıb. Bu zaman Samirə onun əlini dişləyib və soyğunuçu kənardan gələn bir nəfəri görərək qaçıb.
Hadisəni törədən şəxs - dəfələrlə məhkum olunmuş 1997-ci il təvəllüdlü Elsun (şərti ad) saxlanılıb. Məhkəmənin qərarı ilə o, Cinayət Məcəlləsinin 29.180.2.2 və 29.180.2.4-cü maddələrinə əsasən 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Əhməd
Şərhlər