Azərbaucanlı FIFA referisi Fəridə Lütfəliyeva beynəlxalq yoldaşlıq oyununa təyinat alıb.
Qaynarinfo-nun məlumatına görə, Lütfəliyeva Türkiyənin Antalya şəhərində yerləşən "Atatürk” Olimpiya Stadionunda bu gün keçiriləcək qadın futbolçulardan ibarət Türkiyə – Rumıniya yoldaşlıq görüşünün baş hakimi olacaq.
Ona Sevda Nuriyeva və Gülnurə Əkbərzadə kömək edəcək. Dördüncü hakim funksiyasını isə türkiyəli Cansu Tiryaki yerinə yetirəcək.
Səbuhi Həsənov
Şərhlər