Xəbər lenti

Azərbaycan-Özbəkistan münasibətləri yeni mərhələdə: Mirziyoyevin səfəri nə vəd edir?
Siyasət 15:52 23.08.2023

Azərbaycan-Özbəkistan münasibətləri yeni mərhələdə: Mirziyoyevin səfəri nə vəd edir?

"Özbəkistan prezidentinin Bakı səfəri iki ölkə münasibətlərinin daha dinamik əməkdaşlıq müstəvisinə qədəm basdığının göstəricisidir”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu Özbəkistan prezidenti Şavkat Mirziyoyevin Bakıya səfərini şərh edərkən deyib.

"Azərbaycan-Özbəkistan münasibətləri dinamik inkişaf edir. Xüsusən də son illər I iki ölkə arasındakı münasibətlər ən yüksək inkişaf səviyyəsinə çatıb. Özbəkistanla Azərbaycan arasında ticarət dövriyyəsi 6 dəfəyə qədər artıb. İki ölkə prezidentləri səviyyəsində səmimi dostluq münasibətlərinin olması Azərbaycan-Özbəkistan siyasi münasibətləri, həm də ticari-iqtisadi əlaqələrin sürətlə inkişafını şərtləndirən əsas amillərdir. Əhalisi 35 milyona çatan, Özbəkistan Orta Asiyanın ən perspektivli ölkəsidir. Bu ölkə qısa zamanda iqtisadi inkişaf sahəsində böyük uğurlara imza atıb. Özbəkistan sürətlə kənd təsərrüfatı ölkəsindən sənaye ölkəsinə çevrilib”, deyə Elman Nəsirov bildirib.
 


Deputat vurğulayıb ki, Azərbaycan prezidenti ötən il bir neçə dəfə Özbəkistanda səfərdə olub: 

"Bu səfərlər zamanı da gördük ki, Bakı ilə Daşkənd arasında münasibətlərin əsasında səmimiyyət və dostluq dayanmaqdadır. Cənubi Qafqazın ən perspektivli ölkəsi Azərbaycanın Orta Asiyanın ən perspektivli ölkəsi Özbəkistanla ortaq əməkdaşlıq maraqları mövcuddur”.

Elman Nəsirov qeyd edib ki, tərəflər arasında strateji tərəfdaşlıq münasibətləri inkişaf etməkdədir: "Bu günə qədər iki ölkə arasında müxtəlif istiqamətləri əhatə edən 130-dan artıq sənəd imzalanıb. Özbəkistan prezidentinin son səfəri fonunda isə iqtisadiyyat, energetika, nəqliyyat və s. sahələri əhatə edən 20 sənəd imzalanıb. Azərbaycan-Özbəkistan yeni mərhələrə əlaqələrin daha dinamik və keyfiyyətli inkişafına xidmət edəcək".

Qeyd edək ki, Özbəkistan prezidenti Şavkat Mirziyoyev dünən Azərbaycanda rəsmi səfərdə olub. Səfər çərçivəsində iki ölkə arasında müxtəlif sahələri əhatə edən 20 sənəd imzalanıb. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->