Xəbər lenti

Azərbaycan-İran: Arazda birgə bəndlərin tikintisi prosesi sürətləndirilir
Dünya 14:33 07.07.2022

Azərbaycan-İran: Arazda birgə bəndlərin tikintisi prosesi sürətləndirilir

İran Energetika naziri Bakıya bir günlük səfərinin sonunda İran və Azərbaycan arasında mühüm əməkdaşlıq sənədinin imzalanmasına toxunaraq bildirib ki, Araz sərhəd çayında iki Xudafərin və Qızqalası bəndinin qalan icra əməliyyatları sürətlə artır.

Qaynarinfo bu barədə ILNA agentliyinə istinadən xəbər verir.

Əli Əkbər Mehrabian çərşənbə gecəsi Bakıya bir günlük səfərinin sonunda Araz sərhəd çayının əhəmiyyətinə işarə edərək əlavə edib: "İran-Azərbaycan əlaqələrinin mühüm məsələlərindən biri də birgə sərmayə qoymaqdır”. 

O, qeyd edib: "Səfərimiz zamanı çox yaxşı bir razılaşma əldə olundu və iki ölkə arasında mühüm bir sənəd imzalandı, bu sənədə əsasən, iki Xudafərin və Qızqalası bəndinin qalan icra işləri müvafiq maliyyələşdirmə ilə sürətləndiriləcək. Ümumilikdə bu iki bənd 1,7 milyard kubmetr suyu saxlaya və tənzimləyə bilər, həmçinin bu iki bənd üzərində 280 meqavatlıq su elektrik stansiyaları tikiləcək”.

O, İran və Azərbaycanın Araz çayından bəhrələnməkdə əməkdaşlıq modelinə toxunaraq əlavə edib:

"İki ölkə arasında əməkdaşlıq növü çox münasibdir və istismar və ekoloji məsələlər baxımından digər ölkələr üçün nümunə ola bilər”.

M.Arif

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->