Xəbər lenti

Aşağı dəstə təmsilçisinə uduzdu, qovuldu
İdman 13:07 10.01.2023

Aşağı dəstə təmsilçisinə uduzdu, qovuldu

Fransa Liqa 1 təmsilçisi "Nitsa" baş məşqçisini qovub.
 
Qaynarinfo xəbər verir ki, Fransa klubu ardıcıl pis nəticələr göstərən komandanın çalışdırıcısı isveçrəli mütəxəssis Lüsyen Favrı göndərməyi qərara alıb. 
 
17 həftə ərzində topladığı 21 xalla liqada 11-ci olan "Nitsa" Fransa kubokunda da zəif nəticə göstərib. Kubokun 1/32 final mərhələsində aşağı dəstə təmsilçilərindən "Le Puy"a 1:0 hesabı ilə məğlub olması "Nitsa" rəhbərliyinin məşqçinin vəzifəsindən göndərməsinə yol açıb. Bu məğlubiyyətdən sonra Favrla yollar ayırılıb. 
 
2016-18-ci illərdə də "Nitsa"nı çalışdırmış Favr, daha sonra Dortmund "Borussiya"sına gedib. Ancaq 2022-ci ilin yayında yenidən "Nitsa" ilə müqavilə imzalayan mütəxəssis bu komandada uzun müddət duruş gətirə bilməyib. 
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->