Əlində pala və başqa kəsici alətlərlə Argentina hökumət binasına soxulmaq istəyən şəxs saxlanılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə ölkənin təhlükəsizlik naziri Patrisiya Bullriç X sosial şəbəkəsində məlumat verib.
"O, pala və digər iti əşyalarla Buenos-Ayresdəki hökumət evinə yaxınlaşıb və PFA (Argentina Federal Polisi) zabiti Yanina Violante hücumçunun kürək çantasındakı sapı görərək onun irəliləməsinə mane olub. Zabit onu yerə yıxaraq, saxlayıb", deyə nazir sosial şəbəkədə yazıb.
TN telekanalının məlumatına görə, 29 yaşlı gənc məmurlardan biri binadan çıxarkən hökumət binasının kənarındakı açıq hasardan istifadə etmək qərarına gəlib. Həbs edilən zaman polis onun qışqırdığını eşidib: "Mən Allaham, prezidenti öldürəcəyəm, terror aktı törədəcəm".
Həbs zamanı həmin şəxsin üzərindən bir neçə kəsici alət çıxıb.
Aydın
Şərhlər