Xəbər lenti

Argentina prezidenti
Dünya 14:57 04.05.2024

Argentina prezidenti "maddə istifadəçisi"dir?

Argentina prezidentinin ofisi İspaniyanın nəqliyyat naziri Oskar Puentenin Xavyer Mileyin "maddə istifadəsi" olması ilə bağlı sözlərinə reaksiya verib.

Qaynarinfo xəbər verir ki, bu barədə X-də (keçmiş Twitter) dərc olunan bəyanatda deyilir.

"Prezident administrasiyası nazirin Xavyer Mileyə qarşı səsləndirdiyi böhtan və təhqirləri rədd edir", deyə ofis qeyd edib.

Bir gün əvvəl İspaniya Nəqliyyat Nazirliyinin rəhbəri dəyirmi masada çıxış edərək, "zirvəyə çatan çox pis insanları" xatırladıb. O, misal kimi Argentina prezidentini göstərib. Puente etiraf edib ki, Mileyin televiziyadakı çıxışı onu heyrətləndirib. Nazir heç bir şəkildə başa düşə bilmədiyini qeyd edib: "Hansı vəziyyətdə, hansı maddələri qəbul etməmişdən əvvəl və ya sonra danışdığını anlamıram".

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->