Türkiyədəki seçkiləri dəqiqəbədəqiqə izləyən dünya mediası bu gün yaydıqları xəbərlərdə Kılıçdaroğlunun rəy sorğularıyla üst-üstə düşmədiyini bildirib, İngiltərənin BBC və AP xəbər agentliyi isə Ərdoğanın üstünlüyünün olduğunu yazıb. Qalmaqallı seçki xəbərləri ilə günlərdir danışılan "The Economist” geri addım ataraq "Ərdoğanın partiyası və MHP-nin rəhbərlik etdiyi "Cümhur ittifaqı” kimi tanınan blok rahat çoxluğu əldə etməyi bacaracaq” deyə yazıb.
Qaynarinfo bu barədə Hurriyet-ə istinadla xəbər
verir.
13-cü prezidentin kimin olacağını müəyyənləşdirəcək seçki nəfəssiz bir yarışa səhnə oldu. Türkiyə ilə yanaşı dünyanın gözü də qutudan gələn məlumatlara çevrilsə də, yekun nəticə hələ müəyyənləşməyib.
Türkiyədə keçirilən seçkiləri dəqiqəbədəqiqə izləyən dünya mediası ikinci turda olacağı düşünülən seçkilərlə bağlı diqqətçəkən ifadələr işlədib.
Bu gün xarici mətbuatda yer alan xəbərlərdə Kılıçdaroğlunun rəy sorğularına cavab verə bilməyəcəyi və ikinci turda Sinan Oğanın həlledici rol oynayacağı iddia edilib.
AFP xəbər agentliyi Türkiyənin ən mühüm seçkisinin ikinci tura vəsiqə qazana biləcəyini bildirərək, Ərdoğanın gecə yarısı xalqın qarşısına alqışlarla çıxdığını, "Önümüzdəki 5 ildə də xalqımıza xidmət etməyə davam edəcəyimizə ürəkdən inanıram" dediyini yazıb.
Anketlərdən sonra Kılıçdaroğlunun səs nisbətinin məyusluq yaratdığını iddia edən AFP yazıb: "Kılıçdaroğlunun ittifaqı əvvəlcə səslərin sayılmasına qarşı çıxdı və onun irəlidə olduğunu iddia etdi. Lakin 74 yaşlı siyasətçi jurnalistlərin qarşısına çıxanda bir az ümidsiz görünürdü və ikinci turun qaçılmaz göründüyünü etiraf etdi".
Associated Press (AP) xəbər agentliyi St. Lawrence Universitetindən Amerikalı tarixçi Howard Eissenstatın sözlərinə yer verdiyi xəbərdə ikinci tur üçün diqqət çəkən ifadələr işlədib.
AP-yə verdiyi açıqlamada Eissenstat Ərdoğanın partiyasının parlament seçkilərinin nəticələrinin daha yaxşı olacağı üçün prezident Ərdoğanın ikinci turda böyük ehtimalla üstünlüyü olduğunu vurğulayıb. Eissenstat-a görə, türk seçiciləri "bölünmüş hökumət" istəməzlər.
Türkiyədə gərgin yarışın ikinci turda da davam edəcəyini bildirən İngilis Teleqraf qəzeti yazıb: "Qeyri-rəsmi xəbərlər səsvermədə rekord sayda seçicinin iştirak etdiyini ortaya çıxarsa da, müşahidəçilər fəallığın yüzdə 90-a yaxın olduğunu bildirdilər".
Britaniyanın BBC telekanalı "Gərgin bir gecədən sonra Ərdoğan üstün görünür” başlığı ilə oxucularının qarşısına çıxıb.
"Çox çətin bir neçə ay keçməsinə baxmayaraq, Türkiyə prezidenti üstünlüyünü əlində saxlayır", - yazan BBC Ərdoğanın üstünlüyə malik olduğunu qeyd edib.
BBC xəbərlərində gözlənilən ikinci turun nə qədər yaxın olacağı bəlli deyil və seçkidə üçüncü namizəd olan millətçi Sinan Oğanın 5 faiz səsinin kimə gedəcəyi ilə bağlı indidən ciddi fərziyyələr var. Hər iki liderin onu özünə tərəf çəkməyə çalışacağı və Oğanın bəzi sərt şərtlər qoyacağı qaçılmaz görünür”.
Britaniyanın "Economist” nəşri "Rəcəb Tayyib Ərdoğan rəqibindən xeyli irəlidədir” deyib.
"CHP-nin qurduğu ittifaq parlament seçkilərində cəmi 35% səslə daha da pis çıxış etdi” yazan "Economist” bu sözləri yazıb:
"Ərdoğanın partiyası və MHP-nin rəhbərlik etdiyi "Cümhur İttifaqı” kimi tanınan blok rahat səs çoxluğu tutmağı bacaracaq”.
Amerikanın "Washington Post” qəzeti dünənki seçkinin iyirmi ildir Türkiyənin ən uğurlu siyasətçisi və lideri olan Ərdoğan üçün ən çətin sınaq olduğunu bəyan edərək, yarışın bütün dünya tərəfindən yaxından izləndiyini vurğulayıb.
"Wall Street Journal” qəzeti "Türkiyədə seçkilər ikinci tura çatmış görünür” ifadəsini işlətdiyi xəbərində Türkiyənin perspektivli qlobal güc və NATO üzvü olduğuna diqqət çəkərək, seçkilərin geniş geosiyasi nəticələrinin ola biləcəyini yazıb.
Qeyri-rəsmi nəticələrə görə siyasi üstünlüyün prezident Ərdoğana aid olduğunu vurğulayan CNBC Ərdoğanın performansına diqqət çəkərək "Ərdoğan tərəfdarlarına müraciət edərkən özünə arxayın və mübariz ruhlu görünürdü” deyə qeyd edib.
ABŞ-ın ən böyük media orqanı CNN "Türkiyədə qızğın yarış ikinci tura gedəcək” başlıqlı xəbərində Sinan Oğanın səslərinin ikinci turda həlledici rol oynaya biləcəyini iddia edib.
Seçkilərin ikinci tura keçdiyini yazan New York Times "Səsvermənin nəticəsi mayın 28-də keçiriləcək ikinci turda qələbəni təmin etmək üçün Ərdoğanla müxalifət lideri Kamal Kılıçdaroğlu arasında iki həftəlik mübarizənin yolunu açdı" deyə yazıb. Qəzet səsvermənin nəticəsinin Türkiyənin siyasi mənzərəsini yenidən formalaşdıracağını da vurğulayıb.
Alman mediası prezident Ərdoğanın performansına diqqət çəkərək, Tagesschau kanalı Almaniyada seçici fəallığının hər zamankından daha yüksək olduğunu bildirib.
"Welt” qəzeti prezident Ərdoğanın seçkinin ikinci tura qalmasına baxmayaraq, öndə olduğunu qeyd edib, Almaniyanın ən böyük qəzetlərindən olan "Bild” isə tərəzinin gözünü dəyişdirəcəyini iddia edərək Ərdoğanı dəstəkləyən MHP-nin keçmiş üzvü olan Sinan Oğanın heyrətləndirici nəticə göstəridiyini qeyd edib və bildirib ki, Oğanın mümkün ikinci turda tərəfdarlarına məsləhət verib-verməyəcəyi bəlli deyil.
Digər tərəfdən seçkinin ikinci tura getdiyini vurğulayan Alman kanalı ZDF xəbərində "Kılıçdaroğlu ikinci turda qalib gələrsə, Qərb rahat nəfəs alacaq" ifadəsi ilə diqqət çəkib.
Seçki nəticələrini səbirsizliklə gözləyən ölkələrdən biri olan İsveçin gündəminin ən mühüm maddəsi Türkiyədir.
"Dagens Nyheter” qəzeti "Türkiyə prezident seçkilərində açıq-aydın qalib yoxdur” başlıqlı xəbərdə ikinci turun keçirilə biləcəyini bildirib. Qəzet Sinan Oğanın seçkilərin ikinci turunda həlledici rol oynaya biləcəyini vurğulayıb.
"Aftonbladet” qəzeti də Türkiyənin ikinci tura seçkilərə hazırlaşacağını bəyan edib və kritik əhəmiyyətə malik olan Sinan Oğanın kimə dəstək verəcəyinə hələ qərar vermədiyini vurğulayıb.
Bu bazar günü seçkiyə getməyə hazırlaşan Yunanıstan Türkiyədəki seçki nəticələrini dəqiqədəqiqə izləyib.
Yunanıstanın ən böyük qəzeti olan "Kathimerini” Kılıçdaroğlunun rəy sorğularına cavab verə bilmədiyinə diqqət çəkib. Qəzet ikinci tur üçün Sinan Oğana işarə edərək, "Birinci turda Ərdoğana səs verənlərin ikinci turda mövqeyini dəyişməsi və ya iki həftə sonra seçkiyə getməməsi ehtimalı çox azdır. O halda məsələ Ərdoğanın səs itirib, itirə bilməyəcəyi deyil, Kılıçdaroğlunun səsini artırıb artıramayacağıdır", deyə qeyd edib.
Protothema həmçinin prezident Rəcəb Tayyib Ərdoğanın ilkin nəticələrlə müqayisədə üstünlüyə malik olduğunu ifadə edərək yazıb: "Türkiyə prezidenti beynəlxalq ictimaiyyətə, eləcə də rəqiblərinə sübut etdi ki, onun ən kritik seçki mübarizəsi üçün lazım olan sərmayəsi var".
CNN Türk Afina nümayəndəsi Yorqo Kırbaki Türkiyədə keçirilən seçkilərin nəticələrinin Yunanıstanda necə rezonans doğurduğunu qeyd edib.
Qonşu medianın nəticələri prezident Rəcəb Tayyib Ərdoğan və AKP-nin qələbəsi kimi qiymətləndirilib.
Yunanıstanda seçkilərin nəticələri ilə bağlı "Ərdoğan silib-süpürdü”, "Ərdoğanın 9 canı var”, "Rekord iştirak heyrətləndirdi” və "Ərdoğan və seçiciləri arasında sevgi qalib gəldi” kimi şərhlər verilib.
Çin dövlət televiziyası CCTV-nin xəbərində də Ata Alyansının prezidentliyə namizədi adı altında Sinan Oğanın seçkidəki rolu önə çəkilib.
Xəbərdə prezident Ərdoğan və Kamal Kılıçdaroğlunun səslərinin 50 faizə çata bilmədiyi qeyd edilib və son məlumatlara görə Ata Alyansının namizədinin 5,2 faiz səs topladığı diqqətə çatdırılıb. Xəbərlərdə Oğanın 2-ci turda kimi dəstəkləyəcəyini dəqiq açıqlamadığı vurğulansa da, ikinci turda Ata Alyansının dəstəyinin həlledici ola biləcəyi vurğulanıb.
Alpər
Şərhlər