Xəbər lenti

“Akkord”a qarşı iki məhkəmə - Əmək haqqı tələbi və alqı-satqı mübahsiəsi
Ölkə 17:15 11.10.2022

“Akkord”a qarşı iki məhkəmə - Əmək haqqı tələbi və alqı-satqı mübahsiəsi

"Akkord Sənayei Tikinti İnvestisiya” Açıq Səhmdar Cəmiyyəti (ASC) məhkəməyə verilib.

Qaynarinfo xəbər verir ki, ASC barədə Şahbazov Seymur Bəhlul oğlu iddia qaldırıb. 

Məlumata görə, Seymur Şahbazov "Akkord”un işçisi olub. İşin mahiyyəti əmək haqqı tələbindən ibarətdir. 

İş Bakı Kommersiya Məhkəməsinin hakimi Kənan Hüseynovun icraatındadır. 

Bakı Kommersiya Məhkəməsində "Akkord Sənayei Tikinti İnvestisiya” ASC ilə bağlı daha bir iddia da var. İddiaçı "Azturkmak” MMC-dir. Bu iş də hakim Kənan Hüeseynovun icraatındır. 

Məhkəmə çəkişməsinin səbəbi isə alqı-satqı üzrə müqaviləsi üzrə mübahisələrdir.

"Akkor Sənaye Tikinti İnvestisiya” ASC 2006-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 83 259 750.00 AZN olan ASC-nin qanuni təmsilçisi Ayhan Keskinkılıcdır.

"Akkord”un sahibi kimi isə keçmiş Baş prokuror Zakir Qaralovun adı çəkilir. Uzun illərdir yerli mediada tirajlanan bu məlumat təkzib olunmayıb. 

"Azturkmak” MMC 21 fevral 2019-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 AZN olan şirkətin qanuni təmsilçisi Hacıyeva Jalə Şahin qızıdır.

Bundan əvvəl "Akkord Sənaye Tikinti İnvestisiya” ASC-ni "Kapital Bank” ASC məhkəməyə vermişdi. Bankın iddiası kredit müqaviləsi üzrə mübahisələrlə əlaqəli idi.

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->