Böyük Britaniya kralı III Çarlzın kiçik oğlu, Sasseks hersoqu şahzadə Harri xərçəng xəstəliyindən müalicə olunan atasına dəstək olmaq üçün müvəqqəti olaraq krallıq vəzifələrini yerinə yetirməyə hazır olduğunu bildirib.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Times" qəzeti yazıb.
Nəşrin məlumatına görə, şahzadə Harri III Çarlza baş çəkməyə gələndə öz niyyətlərini bölüşüb.
"Şahzadə Harri kralla olan anlaşmazlığı həll etmək üçün kral ailəsinə qayıtmağa çalışır", deyə nəşr yazıb.
Kral III Çarlzın yerinə onun böyük oğlu Harrinin qardaşı Uilyam keçir. Uilyamın övladları şahzadə Corc, şahzadə Şarlotta və şahzadə Lui taxtın sonrakı varisləridir.
Daha əvvəl "Daily Mail" yazmışdı ki, şahzadə Harri və hersoginya Meqan Markl Kral III Çarlzın xəstəliyi xəbərindən sonra ilk dəfə birlikdə ictimaiyyət qarşısına çıxıblar.
Fevralın 5-də Bukingem sarayının mətbuat xidməti Böyük Britaniya kralı III Çarlzın xərçəng xəstəliyinə tutulduğunu bildirib. Qeyd olunur ki, xəstəliyi səbəbindən monarx ictimai vəzifələrini müvəqqəti olaraq təxirə salacaq.
Aydın
Şərhlər