Xəbər lenti

Ölkə 22:08 13.06.2024

"43 yaşıma kimi Zabuxda belə sel görməmişdim" - Kənd sakini (VİDEO)

Bir neçə gündür intensiv yağan yağışlar Laçın rayonunun Zabux və Sus kəndlərinə ziyan vurub. 

Sel suları evlərin zirzəmilərinə dolub.

75 yaşlı Zabux kənd sakini Kamil İsmayılovun sözlərinə görə, 43 yaşına kimi bu kənddə yaşayıb və indiyədək belə güclü sel görməyib: 

"Zabux çayı qədər bəlkə də 10 dənə çay kəndin içindən axırdı. Mən beləsini görməmişdim. Seldən sonra bütün yerli icra nümayəndələr işlər görməyə başladı və həyətimdə təmir işləri lap ürəyimcə oldu".

Selin fəsadları tez bir zamanda aradan qaldırılıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->