Pul qazanmağı kim istəməz? Pulunun üstünə pul gəlməsi isə daha yaxşı fikirdir. İndi Yelo Bank-ın yüksək faizli "Yelo Sabit” məhsulunu seçən müştərilər daha çox gəlir qazanır. Belə ki, Bank əmanət faizlərini 12%-dək artırıb. Qazancını evdə saxlamaqdansa, Yelo Bank-a əmanət et, vaxt puluna işləsin. AZN valyutası ilə 18 və 24 ay müddətinə yerləşdirilmiş əmanətlər müddətin sonunda 12% gəlir qazandırır. Üstəlik qazandığın əlavə gəliri hədiyyə edilən kart vasitəsilə hər ay əldə edə və ya müddətin sonunda götürə bilərsən.
Pulunu etibarlı sərmayəyə çevirmək istəyənlər "Yelo Sabit”dən faydalanmaq üçün ən yaxın Yelo Bank filialına yaxınlaşa və ya Yelo App-də onlayn əmanətlə bu prosesi vaxt itirmədən daha da tezləşdirə bilərlər. Bunun üçün Yelo App-də "Əlavələr” menyusundan "Onlayn Əmanət”i seçərək, yeni əmanət yaratmaq üçün məlumatları daxil etmək kifayətdir.
Üstəlik doğma Bakımızı daha da yaşıllandırmaq məqsədilə 31 oktyabr 2024-cü il tarixinədək Yelo Bank-da istər onlayn, istər filialda açılan əmanətçilərin adına ağac əkiləcək. Bu təşəbbüsə qoşulan əmanətçilərə Yelo mobil tətbiqində ekosertifikat təqdim olunacaq və ilsonu Yelo komandasının iştirakı ilə keçiriləcək aksiyada sertifikat almış müştərilərin adına ağac əkiləcək.
Yelo Bank-da fiziki şəxslərin əmanət portfeli son hesabat rübü ərzində 60,7 mln manat artıb ki, bu da əhalinin Bank-a olan inam və etibarının göstəricisidir. Sən də gəlirini güvənli şəkildə artırmaq üçün Yelo Bank-a müraciət edə bilərsən. Xatırladaq ki, Yelo Bank-da yerləşdirilmiş əmanətlər Əmanətlərin Sığortalması Fondunun qaydalarına uyğun olaraq 100 000 AZN-dək sığortalanır. Ətraflı məlumat üçün:
https://bit.ly/3VFGGvv
Yelo Bank – Parlaq bankçılıq!
Şərhlər