Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatı "Azərsu” ASC-ni məhkəməyə verib.
Qaynarinfo xəbər verir ki, iddia Bakı Kommersiya Məhkəməsinin hakimi Fərrux Qasımovun icraatındadır.
Məhkəmə çəkişməsinin səbəbi alqı-satqı üzrə müqavilədən doğan mübahisələrdir.
Qeyd edək ki, YAP-ın Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyevdir. O, Tağı Əhmədovdan sonra bu posta seçilib.
"Azərsu”ya gəlincə, Qorxmaz Hüseynov ASC-nin sədri vəzifəsindən uzaqlaşdırılnadan sonra onun yerinə təyinat olmayıb. Hazırda sədrin səlahiyyətlərini birinci müavin Teyyub Cabbarov icra edir.
Seyid
Şərhlər