Xəbər lenti

Əsabil Qasımovun daha bir şirkəti məhkəməyə verildi
Ekonomiks 13:42 28.04.2022

Əsabil Qasımovun daha bir şirkəti məhkəməyə verildi

"Azərbaycan Dəmir Yolları” QSC "Aveta” MMC-ni məhkəməyə verib. 

Qaynarinfo xəbər verir ki, iddia Bakı Kommersiya Məhkəməsinin hakimi Zeynəb Axundovanın icraatındadır. Açıq mənbələrdə məhkəmə çəkişməsinin səbəbi barədə hər hansı məlumat yoxdur.

"Aveta” MMC 29 sentyabr 2003-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 4190450 AZN olan şirkətin qanuni təmsilçisi Muğayev Rahim Şamil oğludur.

"Aveta” MMC un istehasalı ilə məşğuldur. Mediada gedən məlumatlara görə, şirkət "Karat Holdinq”in subyektidir. Bu holdinq isə keçmiş deputat Əsabil Qasımova məxsusdur. Holdinqin qanuni təmsilçisi İqdam Umudov isə onun qaynıdır.

Maraqlıdır ki, bundan əvvəl "Azərbaycan Dəmir Yolları” QSC Əsabil Qasımova məxsus "Karat Holdinq”i məhkəməyə vermişdi.

Seyid

 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->