Xəbər lenti

“Rafael Cəbrayılovun mənə 300 000 dollar borcu var”
Ölkə 18:16 28.04.2022

“Rafael Cəbrayılovun mənə 300 000 dollar borcu var”

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə həbsdə vəfat edən sabiq deputat Rafael Cəbrayılovun cinayət işi üzrə növbəti proses keçirilib.

Qaynarinfo xəbər verir ki, prosesdə zərərçəkmiş Təranə Fətəliyeva dindirilib. O ifadəsində bildirib ki, Rafael Cəbrayılova 300.000 dollar pul verib. 

"Pullar ev almaq üçün verilib. Qohumlar yığışıb bu pulu düzəldib vermişik. Amma ev ala bilməmişik. Ona görə də pulumu tələb edirəm”, deyə zərərçəkmiş bildirib.

Təranə Fətəliyeva həmçinin qeyd edib ki, Rafael Cəbrayılov onun uzaq qohumudur.

Zərərçəkmişə keçmiş deputatın bu günlərdə həbs edilən qardaşı Elşən Cəbrayılovla bağlı da suallar ünvanlanıb. Zərərçəkmiş Elşən Cəbrayılova pul vermədiyini deyib.

Məhkəmə prosesi mayın 12-də davam etdiriləcək.

Xatırladaq ki, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən saxlanılan Milli Məclisin III, IV və V çağırışları üzrə deputatı olmuş Cəbrayılov Rafael Kamil oğlu bir neçə nəfərə qarşı külli miqdarda dələduzluqda təqsirli bilinib. İş üzrə toplanmış sübutlar əsasında Rafael Cəbrayılova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq- külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə- ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham verilib. Rafael Cəbrayılov məhkəmə istintaqı gedişində ötən il sentyabrın 30-da koronavirusdan müalicə olunduğu "Yeni Klinika"da vəfat edib. Mərhumun həyat yoldaşı Aida Cəbrayılova onun hüquqi varisi elan edilib.

Seyid

 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->