Xəbər lenti

Venesuelada etirazlar: Panama 17 prezidentin sammitini keçirmək istəyir
Dünya 17:12 07.08.2024

Venesuelada etirazlar: Panama 17 prezidentin sammitini keçirmək istəyir

Panama prezidenti Xose Raul Mulino Venesueladakı siyasi vəziyyəti müzakirə etmək üçün 17 Latın Amerikası prezidentinin zirvə toplantısını keçirmək istəyini açıqlayıb.

Bu barədə Qaynarinfo "Reuters”ə istinadən xəbər verir.

Mulino Xarici İşlər Nazirliyinin rəhbərinə sammitə dəvətin təşkili ilə bağlı göstəriş verib.

"Xarici işlər naziri Martinez Açadadan bölgədəki həmkarlarımla Venesuela problemini həll etmək üçün prezidentlərin Panama görüşünə dəvət edilməsi və demokratiyaya və qardaş ölkənin xalq iradəsinə dəstək üçün daha çox addım atmaq barədə danışmağı xahiş etdim. Ümid edirəm və inanıram ki, bu baş verəcək”, - Panama prezidenti öz Twitter hesabında yazıb.

"Reuters” əlavə edir ki, Mulino ABŞ-ın Cənub Komandanlığı generalı Laura Riçardson və ABŞ-ın Panamadakı səfiri Mari Karmen Aponte ilə görüş zamanı sammit üçün Amerika Birləşmiş Ştatlarından dəstək istəyib.

Sammitin məqsədi Venesuelada siyasi vəziyyətlə bağlı birgə bəyannamə və vəziyyətin sülh yolu ilə həllinin axtarışı olacaq.

Xatırladaq ki, Venesuelada prezident seçkilərinin nəticələri elan edildikdən sonra etirazlar başlayıb. Hakimiyyət hazırkı lider Nikolas Maduronun qələbəsini elan etsə də, müxalifət səsvermənin nəticələrini saxta hesab edir.

Bir çox Cənubi Amerika ölkələri seçkilərin nəticələrini tanımayıb. 

ABŞ müxalifətin namizədi Edmund Qonzalesi qalib kimi tanıyıb.

Avropa İttifaqı da Maduronun seçkilərdəki qələbəsini tanımır.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->