Xəbər lenti

Venesuela Ali Məhkəməsi Maduronun seçkidə qalib gəldiyini təsdiqlədi
Dünya 10:17 23.08.2024

Venesuela Ali Məhkəməsi Maduronun seçkidə qalib gəldiyini təsdiqlədi

Venesuelanın Ali Məhkəməsi hazırkı dövlət başçısı Nikolas Maduronun qalib elan edildiyi prezident seçkilərinin nəticələrini tanıyıb. 

Qaynarinfo "Kommersant”a istinadən xəbər verir ki, bu barədə məhkəmənin sədri Karisliya Rodriges məlumat verib və iclası "Venezolana de Television” kanalı yayımlayıb.

"Ekspert rəyi, eləcə də milli və beynəlxalq ekspertlərin hazırladığı hesabat əsasında... Milli Seçki Şurası tərəfindən dərc edilmiş 28 iyul prezident seçkilərinin nəticələri təsdiqlənir, vətəndaş Nikolas Maduro yenidən Venesuela Bolivar Respublikasının Prezidenti seçilib”, - deyə Rodriges bildirib.

Ali Məhkəmənin Seçki Palatası seçki məntəqələrinin protokollarını və keçmiş prezidentliyə namizədlərdən, siyasi partiyalardan daxil olmuş digər sənədləri araşdırıb. Qərb ölkələrinin seçkinin qalibi hesab etdiyi müxalifət namizədi Edmundo Qonzales Urrutiyanın Ali Məhkəmənin seçki palatasına gəlmədiyi və lazımi sənədləri təqdim etmədiyi iddia edilir.

Xatırladaq ki, iyulun 29-da Venesuela hakimiyyəti Nikolas Maduronun prezident seçkilərində qalib gəldiyini elan edib. Bu, onun ardıcıl üçüncü müddətdir. Bundan sonra Karakasda kütləvi etirazlar başlayıb, mindən çox insan saxlanılıb. Latın Amerikasının doqquz ölkəsi səsvermənin nəticələrinə yenidən baxılmasını tələb edib. ABŞ təkrar seçkilərə çağırıb.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->