Xəbər lenti

USQ-nin çex könüllüsü qarətə görə 7 il azadlıqdan məhrum edildi
Dünya 17:47 06.08.2024

USQ-nin çex könüllüsü qarətə görə 7 il azadlıqdan məhrum edildi

Çexiya məhkəməsi Ukrayna ordusunda könüllü kimi döyüşmüş 27 yaşlı keçmiş çex əsgəri Filip Simanı talançılıq ittihamı ilə 7 il müddətinə azadlıqdan məhrum edib.

Qaynarinfo xəbər verir ki, bu barədə ČTK yazıb

O, müharibə zonasında talançılıq cinayətində təqsirli bilinib.

Dövlət ittihamçısı Martin Beli bildirib ki, onun məlumatına görə, Siman işi Ukraynadakı müharibə ilə bağlı bu cinayətə görə tarixdə ilk məhkumluqdur.

Hökm hələ yekun deyil. Təqsirləndirilən şəxs başqa şeylərlə yanaşı, onun əmrinin yerinə yetirdiyini bildirərək özünə haqq qazandırmağa çalışıb.

Praqa Şəhər Məhkəməsi kollegiyasının sədri Qana Krestinova deyib: "Təqsirləndirilən şəxs həm özünün Ukraynada hazırladığı videoyazılar, həm də şahidlərin ifadələri əsasında təqsirli bilinib”.

27 yaşlı Filipp Siman 2022-ci ilin mart ayının sonunda Ukraynaya gedib və Ukraynanın "Karpat Seç” könüllü batalyonuna qoşulub. Ukraynada Siman İrpen və Buçada xidmət edib, burada ona səngərlərdə patrulluq etmək və belə demək olarsa, təmizlik işləri aparmaq tapşırılıb. Məhkəmənin hökmünə əsasən, o, əmri yerinə yetirərkən və boş vaxtlarında həm mülki şəxslərdən, həm də həlak olan əsgərlərdən nikah üzükləri, digər qızıl-zinət əşyaları, qızıl və gümüş külçələr, nağd pul kimi əşyalar oğurlayıb.

2022-ci ilin aprelində Siman Ukrayna ordusu tərəfindən saxlanılıb və daha sonra Çexiyaya qaytarılıb.

Siman həmçinin Çexiya prezidentinin icazəsi olmadan Ukraynada döyüşlərə qatıldığı üçün xarici silahlı qüvvələrdə qanunsuz xidmətdə ittiham olunub. Lakin məhkəmə bu maddə ilə ona bəraət verib.

Onun məhkəməsi ötən ay başlayıb. Prokuror Siman üçün 10 il həbs istəyib.
Cəzanı yüngülləşdirən hal kimi onun əvvəllər məhkumluğunun olmaması göstərilib.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->