Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti iddia edir ki, "Gürcü Arzusu” partiyasının fəxri sədri, oliqarx Bidzina İvanişvilinin qətlinə hazırlıq "Gürcüstan hökumətinin keçmiş yüksək vəzifəli məmurları və Ukraynada keçmiş hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən təşkil edilib və maliyyələşdirilib”.
Qaynarinfo xəbər verir ki, bu barədə Gürcüstan xüsusi xidmətinin bəyanatında
deyilir.
"Sözügedən cinayət əməllərinin məqsədi iğtişaşlar yaratmaq və hakimiyyəti zəiflətmək fonunda ölkə hakimiyyətini zorla devirməkdir”.
Xidmətdən əlavə edilib ki, cinayət işi üzrə fəal istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir, istintaq çərçivəsində istintaq "konkret şəxsləri” şahid qismində dindirməyə çağırır.
Bundan əvvəl məlum olub ki, Rusiya Federasiyasına qarşı müharibədə Ukrayna tərəfində döyüş əməliyyatlarında iştirak etmiş gürcü könüllüləri Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinə dindirilmək üçün çağırılıblar.
Bir gün əvvəl dindirilən döyüşçülərdən birinin vəkili bildirib ki, dindirilmə Ukraynada döyüşmüş könüllünün dindirildiyi "Gürcü Arzusu” partiyasının təsisçisi, milyarder və oliqarx Bidzina İvanişviliyə qarşı terror aktının hazırlanması işinə aiddir.
Alpər
Şərhlər