Xəbər lenti

Üsyançılar Nigerin devrilmiş prezidentini vətənə xəyanətdə ittiham edir
Dünya 09:20 14.08.2023

Üsyançılar Nigerin devrilmiş prezidentini vətənə xəyanətdə ittiham edir

Üsyançıların yaratdığı hərbi şura Nigerin devrilmiş prezidenti Məhəmməd Bazumu dövlətə xəyanətdə ittiham etmək niyyətindədir. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Əl-Cəzirə” telekanalı məlumat yayıb.

"Biz devrilmiş prezidenti və onunla əlbir olanları dövlətə xəyanət və dövlət təhlükəsizliyinə təhlükə törətmək ittihamı ilə mühakimə etməyə imkan verən sübutlar toplamışıq", deyə üsyançıların bəyanatında bildirilir.

Bu açıqlama ilə eyni zamanda Niger polisinin devrilmiş prezident Məhəmməd Bazuma dəstək nümayişini dağıtdığı deyilir. Bildirilib ki, aksiyanın təşkilatçılarından biri saxlanılıb.

İyulun 26-da Niger prezidenti Mohamed Bazum və həyat yoldaşı Prezident Qvardiyası tərəfindən saxlanılıb. İyulun 26-dan 27-nə keçən gecə Silahlı Qüvvələr ölkədəki bütün dövlət qurumlarının işini dayandırıb, komendant saatı tətbiq edib və sərhədləri bağlayıb. 

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->