Xəbər lenti

Türk lirəsinin aqibəti necə olacaq? (ŞƏRH)
Ekonomiks 16:14 09.08.2024

Türk lirəsinin aqibəti necə olacaq? (ŞƏRH)

"Lirənin təhlükəli dönəmi aradan qalxıb. Qarşıdakı dövrdə lirənin az da olsa, möhkəmlənəcəyi, ən azı indiki kursu ilin sonuna kimi saxlayacağı daha çox ehtimal ediləndir".
 
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli deyib. 

Onun sözlərinə görə, Türkiyədə prezident seçkilərindən sonra ölkədə investorların fəaliyyətinə inam formalaşıb:



"Ölkəni tərk edən investorların böyük əksəriyyəti geri qayıdıb. Bundan əlavə digər investorlar ölkəyə yatırım qoyub. Nəticədə ölkədə isehsal genişlənib. Artıq ölkənin Mərkəzi Bankının valyuta ehtiyatları 50 milyard dollara yaxınlaşıb. Ölkədən idxal kifayət qədər genişlənib. Təxminən ilin birinci yarısından Türkiyədən 260 milyard dollardan çox məhsul ixrac edilib. Neftin qiyməti də sabitdir. Düzdür, Avropa qazının qiymətində sıçrayışlar var. Amma Türkiyə neftin və qazın əsas hissəsini Azərbaycandan sabit qiymətə alır".

Akif Nəsirli hesab edir ki, qarşıdakı 6 ay ərzində ölkə daxilində ümumdaxili məhsulun istehsalı bir qədər genişlənəcək, ixrac artacaq:
 
"İxrac artacaqsa ölkənin daxilində valyuta ehtiyyatları formalaşacaq. Bu valyuta ehtiyyatlarının formalaşması ölkə daxilində dolların bollaşmasına gətirəcək. Nəticədə lirənin dollar qarşısında dəyər qazanmasına səbəb olacaq”. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->