Xəbər lenti

İki şirkətin rəhbəri Maliyyə Nazirliyinə ziyan vurmaqda ittiham edilir
Ölkə 19:02 16.11.2024

İki şirkətin rəhbəri Maliyyə Nazirliyinə ziyan vurmaqda ittiham edilir

Bir neçə şirkətin rəhbəri olan sahibkar Fəqani Rəhimov barəsindəki cinayət işinin ibtidai istintaqı yekunlaşıb. 

Qaynarinfo-nun məlumatına görə, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Noyabrın 26-na iş üzrə məhkəmə hazırlıq iclası təyin edilib. İclas hakim Rasim Sadıxovun sədrliyi ilə keçiriləcək. 

Fəqani Rəhimov Cinayət Məcəlləsinin 193-1.3.2 (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma - xeyli miqdar) maddəsi ilə mühakimə ediləcək. 

Təqsiri sübuta yetiriləcəyi təqdirdə onu üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə, əmlakı müsadirə olunmaqla yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir. 

Fəqani Rəhimov "İnşaat Servis LTD” və "İnşaat-R.T” şirkətlərinin rəhbəri olub. "İnşaat Servis LTD” şirkəti 19 aprel 2007-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2 manat olan şirkətin hüquqi ünvanı Quba rayonu, Paşaoba kəndində yerləşir. Açıq mənbələrdə şirkət haqqında heç bir məlumat yoxdur. 

"İnşaat-R.T” şirkəti də 19 aprel 2007-ci ildə qeydiyyata alınıb. Bu şirkətin də nizamnamə kapitalı 2 manatdır. "İnşaat-R.T” şirkəti "İnşaat Servis LTD” ilə eyni hüquqi ünvanda, yəni Quba rayonu, Paşaoba kəndində qeydiyyatdadır. Bu şirkət haqqında da açıq mənbələrdə heç bir məlumata rast gəlinmir. 

Bundan başqa, Fəqan Rəhimov "İnşaat KO LTD” şirkətinə də rəhbərlik edib. "İnşaat KO LTD” şirkəti də 2 manatlıq nizamnamə kapitalı ilə hüquqi ünvanı Quba rayonu, Paşaoba kəndi olmaqla qeydiyyata alınıb. Lakin sonradan şirkətin nizamnamə kapitalı 100 manatadək artırlıb. Hüquqi ünvanı və qanuni təmsilçisi də dəyişib. Hazırda bu şirkətin qanuni təmsilçisi Novruzov Oqtay Həzi oğludur. 

Fəqani Rəhimovun cinayət işində zərəçəkmiş şəxs qismində Maliyyə Nazirliyi tanınıb. İş adamının nazirliyə nə qədər zərər vurduğu barədə bilgi yoxdur. 

Fəqani Rəhimov bir neçə il əvvəl Gədəbəydə tarixi abidələrdən birinin qarşısında 3 mərtəbəli otel tikməsi ilə gündəmə gəlib. Bu barədə yerli media məlumat yayıb. 

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->