"Telefon və mobil nömrə miras sayılır”.
Bunu Qaynarinfo-ya açıqlamasında hüquq müdafiəçisi Əkrəm Həsənov ölən şəxslərin adlarına olan telefon nömrələrinin vətəndaşın ölümündən sonra işlədilə bilməsinin hüququ tərəflərini izah edərkən deyib.
Onun sözlərinə görə, telefon və nömrə ölən şəxsin mirasıdır:
"Amma prinsipcə həmin telefonu qəbul edib işlədirlərsə, deməli, onu vərəsəlik qaydasında qəbul edirlər. Buna görə də telefonu adlarına keçirməlidirlər, lakin bunu etmirlər. Mən təcrübəmdə görməmişəm ki, ölən şəxsin telefon nömrəsini kimsə adına keçirsin. Mobil operatorlar da nömrəni işlədən şəxsin öldüyündən məlumatsız olur”.
"Təklif edirəm ki, vətəndaş hansısa problem ilə rastlaşmamaq üçün ölən şəxsin telefon nömrəsini öz adına keçirsə daha yaxşı olar. Qanun belə tələb edir” - hüquqşünas əlavə edib.
Bahar Rüstəmli
Şərhlər