Xəbər lenti

Spitli içki insanı fəlakətdən xilas edə bilərmi? - “Titanik”də baş vermiş hadisə
Dünya 20:02 24.07.2024

Spitli içki insanı fəlakətdən xilas edə bilərmi? - “Titanik”də baş vermiş hadisə

İngilis çörəkçi Çarlz Cokinin bir hobbisi vardı - o içirdi. Cokinin üzdüyü "Titanik” mükəmməl mətbəxi olan nəhəng, üzən lüks otel idi. Cokinin gəminin baş çörəkçisi olaraq ayrıca kabinəsi var idi, o, hətta burada da öz "samoqon” aparatını da yerləşdirmişdi (mayadan da heç bir korluğu yox idi).

"Titanik” aysberqə çırpılaraq batdığı o uğursuz gecədə Çarlz həmişəki kimi öz kabinəsində sevimli hobbisiylə məşğuldu. Sağ bort tərəfdə küt qıcırtı eşidib bir şüşə içki götürərək göyərtəyə çıxdı. Tezliklə kapitan Smit xilasedici qayıqları açmağı əmr etdi.

Cokin mətbəxə tabeçiliyində çörəkçilərdən ibarət bir qrup topladı və təşəbbüs göstərərək çörək ehtiyatlarının qayıqlara paylanmasını əmr etdi, özü isə viski ehtiyatı tutmaq üçün kabinəsinə qayıtdı. "Gəmi həyəcanı" elan edildikdən sonra baş çörəkçi təmkin və sakitliyini itirmədi. Cokin həyəcan cədvəlinə uyğun olaraq komandiri olduğu 10 saylı qayığa qadınları və uşaqları mindirdi.

Çarlz özü qayığa minmədi - yerini çörəkçilərdən birinə verərək, kabinəyə endi və içməyə davam etdi. Su kabinəyə sızmağa başlayanda o, xilasedici jilet geyindi və özü ilə içki ehtiyatı götürərək yuxarı göyərtəyə qalxdı. O vaxta qədər "Titanik”in bütün qayıqları artıq suya buraxılmış və batan gəmidən uzaqlaşmışdı.
Göyərtədə o, ikinci köməkçi Laytoller ilə qarşılaşdı. Daha sonra Laytoller demişdi ki, Çarlz Cokin onda ölümünə sərxoş imiş və ikinci köməkçi qərar verib ki, baş çörəkçi heç cür xilas ola bilməyəcək. Göyərtədə Cokin qumqumasından qurtum almağı unutmayaraq, taxta şezlonqlardan altmışa yaxınını suya atdı.
Suda üzən şezlonglar boğulan bəzi insanların həyatını xilas edib. Çarlz sona qədər "Titanik”də qaldı. Gəminin arxa tərəfi sürətlə batmağa başlayanda o, arxa tərəfdəki bayraq dirəyinin üzərinə çıxdı. Bir az sonra gəmi bu yerdə burulğan yaratmadan suyun altına getdi. Beləliklə, Çarlz Cokin başında bir tükü belə islanmadan suya düşdü.

O, dörd saatdan çox Atlantik Okeanının soyuq sularında olub və içib. Xilas edilənlər arasında Cokini görən Laytoller gözlərinə inana bilməyib. Çarlzın sevimli hobbisi ona o gecə hərəkətlərində çox lazım olan rahatlığı və rasionallığı verib. O, özünü xilas edib və bir çoxlarının xilas olmasına köməkçi olub.

Cokin "Titanik”dən ən sonuncu ayrılaraq soyuq suda qalmasını mümkün qədər minimuma endirmişdi. Suda dörd saat ərzində başı islanmadan və aşağı temperaturda donmayan maye şəklində yüksək kalorili qida ilə təmin olunmuş şəkildə qalmışdı. Qəhrəmanımız xilas edildikdən sonra hobbisini və peşəsini dəyişmədi: içki içməyə və dənizə getməyə davam etdi. Çarlz Cokin daha iki gəmi qəzasına düşsə də, 78 yaşına qədər yaşadı. Məzarının üstündə "Titanik”in çörəkçisi” sözləri yazılıb.

Mənbə: Culture Connection

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->