Xəbər lenti

Sel zooparkı dağıtdı: Timsahlar və ilanlar qaçdı (FOTO)
Dünya 21:11 11.09.2024

Sel zooparkı dağıtdı: Timsahlar və ilanlar qaçdı (FOTO)

Nigeriyada daşqınlar zooparkı dağıdıb, nəticədə vəhşi heyvanların çox tələf olub.

Qaynarinfo bu barədə "Reuters"ə istinadən xəbər verir. 

Nigeriyanın şimalındakı daşqınların şir və timsahlardan tutmuş camış və dəvəquşuya qədər müxtəlif növ vəhşi heyvanların yaşadığı böyük zooparkda heyvanların 80%-dən çoxunun ölməsinə səbəb olub.

Bəzi heyvanlar, xüsusən də timsahlar və ilanlar "azadlığa çıxıb". Zoopark rəhbərliyi yerli sakinləri ehtiyat tədbirləri görməyə çağırıb.

Məlumata görə, daşqınlar bəndin yarılması səbəbindən başlayıb. Təbii fəlakət nəticəsində minlərlə insan evsiz qalıb.

Ötən ay ölkənin şimal-şərqində baş verən daşqınlarda ən azı 49 nəfər, 2022-ci ildəki daşqınlarda isə 600-dən çox adam həlak olub.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->