Azərbaycanın azad edilmiş ərazilərində Ermənistan ekoloji terror törədib.
Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova TÜRKPA-nın Bakıda keçirilən 13-cü Plenar iclasında deyib.
Sahibə Qafarova qeyd edib ki, bu gün həmin ərazilər Azərbaycan Prezidenti tərəfindən Yaşıl Enerji Zonası elan edilib:
"Təəssüf ki, ərazilərimizin Ermənistan tərəfindən 30 ilə yaxın işğalı həm də ekoloji terrorla müşayiət olunub. Ermənistan meşələrimizi qırıb, təbii sərvətlərimizi qeyri-qanuni istismar edib, torpağı və çaylarımızı da çirkləndirib".
Spiker bildirib ki, bu gün həmin ərazilərdə aparılan yenidənqurma işlərində ağıllı şəhər və "ağıllı kənd" yanaşmaları tətbiq edilir.
Qafqaz Rafiqoğlu
Şərhlər