Qərb Rusiya üçün qırmızı xətlər çəkməkdən çəkinməməlidir.
Qaynarinfo xəbər verir ki, bu barədə Latviya Prezidenti Edqars Rinkeviç "Twitter” səhifəsində
yazıb.
Latviya lideri Fransa prezidenti Emmanuel Makronu dəstəklədiyini vurğulayaraq aşağıdakıları yazıb:
"Mən Emmanuel Makronu tam dəstəkləyirəm: Biz özümüz üçün qırmızı xətlər qoymamalıyıq, Rusiya üçün qırmızı xətlər çəkməliyik və onları çəkməkdən çəkinməməliyik. Ukrayna qalib gəlməlidir, Rusiya məğlub olmalıdır. Russia delenda est!".
Bu yaxınlarda Makron Avropanı Rusiya təcavüzünə qarşı mübarizədə Ukraynanı daha aydın dəstəkləməyə çağırıb.
Qeyd edək ki, Rinkeviçs məşhur latın "Carthago delenda est” ifadəsinin analoqu olan "Russia delenda est” ifadəsini işlədib. Həmin ifadə "Karfagen məhv edilməlidir" kimi tərcümə olunur.
Nizami Bağırov
Şərhlər